...

Bakıda minik avtomobili yolun kənarındakı ağaca çırpılıb və aşıb

Hadisə Materials 4 İyul 2012 11:03 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda yol-nəqliyyat qəzasının baş verməsi və köməyə ehtiyacı olan zərərçəkmişlərin olması barədə məlumat daxil olub.
Bakıda minik avtomobili yolun kənarındakı ağaca çırpılıb və aşıb

Azərbaycan, Bakı, 4 iyul / Trend müxbir K.Zərbalıyeva/

Bakıda minik avtomobili yolun kənarındakı ağaca çırpılıb və aşıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda yol-nəqliyyat qəzasının baş verməsi və köməyə ehtiyacı olan zərərçəkmişlərin olması barədə məlumat daxil olub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və çevrilib.

Nəticədə avtomobildə olan sürücü və 3 nəfər sərnişin sıxılmış vəziyyətdə qalıblar.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxsləri avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının əməkdaşlarına təhvil verib, habelə, hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görüblər.

Xəbər lenti

Xəbər lenti