...

Bakıda istirahət mərkəzində silahlı insidenti törədən şəxs saxlanılıb

Hadisə Materials 18 İyul 2012 16:34 (UTC +04:00)
Bakıda "1001 gecə" istirahət mərkəzində silahlı insidenti törədən şəxs saxlanılıb.
Bakıda istirahət mərkəzində silahlı insidenti törədən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 18 iyul /Trend müxbir K.Zərbalıyeva/

Bakıda "1001 gecə" istirahət mərkəzində silahlı insidenti törədən şəxs saxlanılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə Trend-ə bildirib ki, istirahət mərkəzində odlu silahdan açdığı atəşlə bir nəfəri öldürən, bir nəfəri yaralayan şəxsin kimliyi müəyyən edilib və o, saxlanılıb.

Mənbə həmin şəxsin adını açıqlamayıb və bildirib ki, gün ərzində bununla bağlı rəsmi qurumlar məlumat yayacaq.

Qeyd edək ki, Şıxov qəsəbəsindəki "1001 gecə" istirahət mərkəzində iyulun 17-də gecə saat 03:30 radələrində naməlum şəxsin odlu silahdan açdığı atəş nəticədə 1982-ci il təvəllüdlü Bayramov Ramal Abdulla oğlu döş qəfəsindən və 1985-ci il təvəllüdlü Mənsimov Səməd İbadət oğlu qolundan güllə yarası alıb.

Onlar Kliniki Tibbi Mərkəzə aparılıblar. Bayramov xəstəxanada aldığı güllə yarasından ölüb, Mənsimov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci), qəsdən adam öldürməyə cəhd (29, 120.2.7-ci) və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə (228.1-ci) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti