Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir R.Hafizoğlu/
Suriyanın paytaxtı Dəməşqdə Azad Suriya Ordusu ilə nizami ordu arasında baş verən toqquşmalarda 204 nəfər qətlə yetirilib. Trend-in məlumatına görə, bu haqda Qətərin "əl Cəzirə" telekanalı məlumat verib.
Ölənlər arasında çoxlu sayda dinc vətəndaşın olduğu bildirilməkdədir.
BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 12 mini ötüb.
Təxminən 230 min insan qaçqın düşüb, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var.