...

İranda güclü zəlzələ baş verib

Hadisə Materials 24 İyul 2012 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir T.Cəfərov/

İranda güclü zəlzələ baş verib.

Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu gün səhər yerli vaxtla 10:20 radələrində İranın Çaharmahal və Bəxtiyari əyalətinin Bolajı bölgəsində Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ ilə bağlı İranın Qırmızı Aypara Cəmiyyəti tərəfindən böhran qərargahı yaradılıb. Qüvvələr səfərbər edilərək hadisə yerinə göndərilib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti