...

Beyləqanda yaşayış evində partlayış: bir ailənin 5 üzvü xəsarət alıb

Hadisə Materials 27 İyul 2012 13:13 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 26-da saat 23.20 radələrində Beyləqan rayonunun Günəşli kənd sakini Vaqif Qəhrəmanovun evində məişətdə istifadə olunan qaz balonu partlayıb.
Beyləqanda yaşayış evində partlayış: bir ailənin 5 üzvü xəsarət alıb

Azərbaycan, Bakı, 27 iyul / Trend müxbir K.Zərbalıyeva/

Beyləqanda yaşayış evində partlayış olub, 5 nəfər xəsarət alıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 26-da saat 23.20 radələrində Beyləqan rayonunun Günəşli kənd sakini Vaqif Qəhrəmanovun evində məişətdə istifadə olunan qaz balonu partlayıb.

Nəticədə yanıq xəsarətləri almış ev sahibi və 4 nəfərdən ibarət ailə üzvləri xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti