...

Elektrik cərəyanı iki nəfərin həyatına son qoydu

Hadisə Materials 20 Avqust 2012 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Elektrik cərəyanı iki nəfərin həyatına son qoyub.

Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 19-da Xızı rayonunun Şuraabad kəndi ərazisində Bakı şəhər sakini Şahin Qəhrəmanov elektrik yarımstansiyasında təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Avqustun 18-də Masallı rayonunun 2-ci Yeddioymaq kənd sakini Rafiq Rəhmanov evində elektrik cərəyanı vurması nəticəsində yanıq xəsarəti alaraq xəstəxanaya gətirilib və avqustun 19-da orada ölüb.

Xəbər lenti

Xəbər lenti