Azərbaycan, Bakı, 22 avqust / Trend, müxbir A.Tağıyeva /
Türkiyənin Şırnak vilayətinin Uludərə rayonunda hərbi avtomobil aşıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verir.
Yol qəzası nəticəsində on hərbçi həlak olub, daha səkkiz nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.