...

Azərbaycanın avtomobil yollarında yol qəzaları zamanı dörd piyada həlak olub

Hadisə Materials 7 Sentyabr 2012 13:03 (UTC +04:00)
Azərbaycan avtomobil yollarında ötən gün ərzində baş vermiş hadisələr zamanı dörd nəfər piyada ölüb.
Azərbaycanın avtomobil yollarında yol qəzaları zamanı dörd piyada həlak olub

Azərbaycan, Bakı, 7 sentyabr /Trend müxbir M.Əliyev/

Azərbaycanın avtomobil yollarında ötən gün ərzində baş vermiş qəzalar zamanı dörd piyada həyatını itirib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istindən verdiyi məlumata görə, sentyabrın 6-da saat 10:30 radələrində Nərimanov rayonu ərazisində Cavid Hüseynov "Opel" markalı avtomaşını idarə edərkən Bəxtiyar Səfərovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Digər hadisə isə ötən gün saat 21:20 radələrində Şəmkir rayonu ərazisində baş verib. Gəncə şəhər sakini İlham Məmmədov "Ford Tranzit" markalı avtomaşını idarə edərkən yolu keçən Tovuz rayon sakinləri Rəhilə Səfərovanı və onun oğlu Raufu vurub. Nəticədə ana aldığı xəsarətdən hadisə yerində ölüb, xəsarət almış oğlu isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Sentyabrın 6-da saat 16:30 radələrində Lənkəran rayonunun Liman şəhəri ərazisində, rayon sakini Natiq Səmədov "Mercedes E-220" markalı avtomaşını idarə edərkən şəhər sakini Balabəy Həsənovu vurması nəticəsində isə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Həmçinin ötən gecə saat 04:00 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində, müəyyən edilməmiş avtomaşınla yolu keçən rayon sakini Cabir Mustafayev vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də Samirə Səfərovanın və Bəxtiyar Babayevin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "Hyundai" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Hüseyn İmanov sentyabrın 6-da tutulub.

Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə sentyabrın 4-də Türkiyə vətəndaşı Alpkaan Dönməzin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş Hafiz Vəliyev tutulub.

Xəbər lenti

Xəbər lenti