...

54 saylı marşrut avtobusunun yoldan çıxması nəticəsində xəsarət alan şəxsin vəziyyəti normaldır

Hadisə Materials 11 Sentyabr 2012 17:03 (UTC +04:00)
Bu gün səhər Sabunçu rayonu ərazisində - Hava Limanı yolunda "Daewoo" markalı 54 saylı marşrut avtobusunun yoldan çıxması nəticəsində 1 nəfər xəsarət alıb.
54 saylı marşrut avtobusunun yoldan çıxması nəticəsində xəsarət alan şəxsin vəziyyəti normaldır

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün səhər Sabunçu rayonu ərazisində - Hava Limanı yolunda "Daewoo" markalı 54 saylı marşrut avtobusunun yoldan çıxması nəticəsində 1 nəfər xəsarət alıb.

Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.

Onun sözlərinə görə, həmin şəxs Sabuncu rayonundakı 3 saylı xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan isə Trend-ə bildirilib ki, zərərçəkən qadındır. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti