...

Türkiyədə hərbi karvan qəzaya düşüb, ölənlər var

Hadisə Materials 1 Oktyabr 2012 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Tunceli əyalətinin Ovacıq ərazisində hərbi karvan yol qəzasına düşüb. Bu barədə Trend bazar ertəsi Türkiyə mətbuatına istinadən məlumat verir.

Nəticədə üç hərbiçi ölüb, daha bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Xəbər lenti

Xəbər lenti