Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda oktyabrın 1-də sürücülər tərəfindən 2046 yol hərəkəti qaydalarının pozulması faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, daxili işlər orqanlarının yol-patrul xidmətinin əməkdaşları tərəfindən 29 sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi, 2 sürücünün avtoxuliqanlıq etməsi, 157 sürücünün sürət həddini aşması, 11 sürücünün yükdaşıma qaydalarını pozması müəyyən edilib.