...

Türkiyə ordusu Suriya sərhədlərinə doğru irəliləyir

Hadisə Materials 3 Oktyabr 2012 10:38 (UTC +04:00)
Bu gün gecə saatlarından Türkiyə ordusu Suriya sərhədlərinə doğru irəliləməyə başlayıb. Sərhədə yaxın rayonlara qoşun və texnika, o cümlədən zenit sistemləri cəmləşdirilir.
Türkiyə ordusu Suriya sərhədlərinə doğru irəliləyir

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Bu gün gecə saatlarından Türkiyə ordusu Suriya sərhədlərinə doğru irəliləməyə başlayıb. Sərhədə yaxın rayonlara qoşun və texnika, o cümlədən zenit sistemləri cəmləşdirilir. Trend-in məlumatına görə, xəbəri çərşənbə günü "Anadolu" agentliyi yayıb.

Bir müddət əvvəl KİV-də yayılan xəbərlərə görə, Kürd Fəhlə Partiyasının (PKK) silahlı dəstələri Suriyanın şimal ərazilərinə nəzarət edir. Türkiyə ordusu Suriya sərhədi yaxınlığında yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, heyətin sayı artırılıb və Suriya ilə sərhədə əlavə texnika gətirilib.

Baş qərargahın məlumatına görə, Türkiyə SQ avqustun sonu-sentyabrın əvvəllərində Suriya ilə sərhəddə yerləşən Mardin və Şanlıurfa əyalətlərində təlimlərə başlayıb.

Xəbər lenti

Xəbər lenti