...

ABŞ-ın Liviyadakı səfirinin öldürülməsində şübhəli bilinənlər Türkiyədə saxlanılıblar – KİV

Hadisə Materials 5 Oktyabr 2012 11:33 (UTC +04:00)
ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivensin öldürülməsində şübhəli bilinən iki nəfər İstanbul aeroportunda saxlanılıb.
ABŞ-ın Liviyadakı səfirinin öldürülməsində şübhəli bilinənlər Türkiyədə saxlanılıblar – KİV

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir A.Tağıyeva/

ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivensin öldürülməsində şübhəli bilinən iki nəfər İstanbul aeroportunda saxlanılıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər yayıb.

Saxlanılanlar Tunis vətəndaşlarıdır. Onlar Türkiyəyə saxta pasportlarla gəlməyə cəhd göstəriblər. Şübhəlilər İstanbuldakı polis məntəqəsinə gətiriliblər. Burada onların Türkiyədə kiminləsə əlaqədə olub-olmadıqları araşdırılır.

ABŞ-ın Liviyadakı səfiri, 52 yaşlı Kristofer Stivens və digər üç diplomatik əməkdaş sentyabrın 11-də ABŞ-ın Benqazidəki konsulluğuna hücum zamanı qətlə yetiriliblər.

Xəbər lenti

Xəbər lenti