...

Şirvanda məcburi köçkün intihar edib

Hadisə Materials 12 Oktyabr 2012 10:21 (UTC +04:00)
Şirvan rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Zəngilan rayonundan məcburi köçkün düşmüş 1948-ci il təvəllüdlü Məlikov Surxay Aslan oğlu arvadının gözü qarşısında özünü bıçaqlayıb.
Şirvanda məcburi köçkün intihar edib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Həyatdan bezən məcburi köçkün intihar edib.

Şirvan rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Zəngilan rayonundan məcburi köçkün düşmüş 1948-ci il təvəllüdlü Məlikov Surxay Aslan oğlu arvadının gözü qarşısında özünü bıçaqlayıb.

O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Məlikov intihar etməzdən öncə həyatdan bezdiyini, daha yaşamaq istəmədiyini deyib.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti