Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Məhkəməyə bomba qoyulması xəbərini verən şəxs tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də Xəzər rayon məhkəməsinə bomba qoyulması barədə bilərəkdən yalan məlumatı vermiş Lənkaran rayon sakini Əlihüseyn Quliyev tutulub.
Faktla bağlı cinayət işi başlanıb.