...

Sumqayıtda qanunsuz totalizator oyunları təşkil edilməsi müəyyən olunub

Hadisə Materials 31 Oktyabr 2012 12:03 (UTC +04:00)
Qumarxanaya baxış zamanı 8 ədəd kompyuter dəsti, 3 ədəd noutbuk, 158 manat uduşa qoyulmuş pul, 200 ədəd hesab kuponu və digər əşyalar aşkar edilərək götürülüb
Sumqayıtda qanunsuz totalizator oyunları təşkil edilməsi müəyyən olunub

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Sumqayıtda qanunsuz totalizator oyunlarını təşkil etməsi müəyyən edilib

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində, şəhər sakini Şamil Quliyevin icarəyə götürdüyü müəssisədə qumarxana və qanunsuz totalizator oyunlarını təşkil etməsi müəyyən edilib.

Qumarxanaya baxış zamanı 8 ədəd kompyuter dəsti, 3 ədəd noutbuk, 158 manat uduşa qoyulmuş pul, 200 ədəd hesab kuponu və digər əşyalar aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti