...

Türkiyədə suriyalı qaçqınların düşərgəsindəki kütləvi davada bir gənc həlak olub

Hadisə Materials 5 Noyabr 2012 14:22 (UTC +04:00)
Türkiyənin Kahramanmaraş şəhərində suriyalı qaçqınların "Doğu kənd" düşərgəsində kütləvi dava baş verib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Time Turk" qəzeti yazır.
Türkiyədə suriyalı qaçqınların düşərgəsindəki kütləvi davada bir gənc həlak olub

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir A.Tağıyeva /

Türkiyənin Kahramanmaraş şəhərində suriyalı qaçqınların "Doğu kənd" düşərgəsində kütləvi dava baş verib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Time Turk" qəzeti yazır.

Qəzetin məlumatına görə, dava hələ müəyyən edilməmiş səbəbdən baş verib. Hadisə zamanı 18 yaşlı qaçqın həlak olub.

Fövqəladə vəziyyətlərin nəticələrinin aradan qaldırılması üzrə İdarənin (AFAD) məlumatına görə, Türkiyə ərazisindəki suriyalı qaçqınların sayı 105 min nəfərə çatıb. Hatay, Şanlıurfa, Qaziantep və Kahramanmaraşda suriyalı qaçqınlar üçün ümumilikdə 10 çadır şəhərciyi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti