...

Bakıda qeydiyyatsız yaşayan Gürcüstan vətəndaşı inzibati məsuliyyətə cəlb olunub

Hadisə Materials 7 Noyabr 2012 11:03 (UTC +04:00)
Bakıda qeydiyyatsız yaşayan Gürcüstan vətəndaşı inzibati məsuliyyətə cəlb olunub.
Bakıda qeydiyyatsız yaşayan Gürcüstan vətəndaşı inzibati məsuliyyətə cəlb olunub

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda qeydiyyatsız yaşayan Gürcüstan vətəndaşı inzibati məsuliyyətə cəlb olunub.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi və 2-ci polis bölməsinin əməkdaşları Gürcüstan vətəndaşı Pitskahalava Mamuka Vanoviçin qeydiyyatsız yaşadığı üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-ci (əsnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edib.

Onu Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrantlara Qarşı Mübarizə İdarəsinə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti