...

Ağcabədidə VAZ markalı 3 avtomobil toqquşub: 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Hadisə Materials 15 Noyabr 2012 12:44 (UTC +04:00)
Ağcabədidə 3 avtomobil toqquşub, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Ağcabədidə VAZ markalı 3 avtomobil toqquşub: 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ağcabədidə 3 avtomobil toqquşub, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 14-də saat 18:00 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Şükür Şükürovun idarə etdiyi "VAZ-21011", Şuşa şəhər sakini Bakir Hüseynovun idarə etdiyi "VAZ-21099" və Xocavənd kənd sakini Novruz Kərimovun idarə etdiyi "VAZ-21099" markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarət almış Hüseynov və sərnişinləri - arvadı Sədaqət, oğlu Emin, habelə Şükürov və onun sərnişini Rövşən Quliyev xəstəxanaya yerləşdiriliblər. Bakir Hüseynov və Rövşən Quliyev orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti