...

Sumqayıtda tank mərmisi aşkar edilib

Hadisə Materials 20 Noyabr 2012 17:33 (UTC +04:00)
Sumqayıt şəhərində qazıntı işləri aparılan zaman partlayış təhlükəli olduğu ehtimal edilən əşya aşkarlanıb.
Sumqayıtda tank mərmisi aşkar edilib

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir E.Mehdiyev/

Sumqayıt şəhərində qazıntı işləri aparılan zaman partlayış təhlükəli olduğu ehtimal edilən əşya aşkarlanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dərhal FHN-nin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə aşkarlanmış əşyaya baxış keçirib.

Müəyyən olunub ki, bu, 1 ədəd istifadəyə yararsız olan tank mərmisidir. Sursat müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib. Əraziyə əlavə baxış zamanı digər şübhəli əşya aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti