Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Salyanda 3 otaqlı ev yanıb, bir nəfər ölüb.
Trend-in Fövqəladə Hallar Naziliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Salyan şəhərində 1937-ci il təvəllüdlü Muxtar İsrafil oğlu Mehdiyevə məxsus ümumi sahəsi 77 kv.m olan birmərtəbəli üçotaqlı evin 1 otağının yanar konstruksiyaları və 2 otağı qismən 44 kv.m sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin yanmış cəsədi aşkar edilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.