...

İranda avtobus qəzasında Azərbaycan vətəndaşları xəsarət alıb

Hadisə Materials 5 Dekabr 2012 16:22 (UTC +04:00)
İranda avtobusun qəzaya uğraması nəticəsində 4 Azərbaycan vətəndaşı xəsarət alıb.
İranda avtobus qəzasında Azərbaycan vətəndaşları xəsarət alıb

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

İranda avtobusun qəzaya uğraması nəticəsində 4 Azərbaycan vətəndaşı xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının saytı "IribNews" Qəzvin yol polisinin rəhbəri Müzəffər Hüseyniyə istinadən xəbər verir.

Avtobus Astara-Tehran avtomobil yolu ilə hərəkət edirmiş. Qəza nəticəsində nəqliyyat vasitəsi Qəzvin yaxınlığında uçuruma yuvarlanıb.

32 nəfərin xəsarət aldığı (18-nin vəziyyəti ağırdır) qəza bu gün səhər saatlarında baş verib.

İlkin məlumata görə, hadisənin baş verməsində təqsirkar avtobusun sürücüsüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti