Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Ağstafada neft daşıyan qatarda qəza baş verib.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 5-də saat 12:05 radələrində Ağstafa Dəmiryol Stansiyasının ərazisində yükü xam neft olan qatarın 1 vaqonu relsdən düşüb.
Qatarların hərəkəti dayanmayıb, yük dağılmayıb və xəsarət alan olmayıb.
Görülmüş tədbirlər nəticəsində vaqon relsə qaldırılıb.