...

Bakıda yaşayış binasında yanğın olub

Hadisə Materials 6 Dekabr 2012 16:43 (UTC +04:00)
Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsindən Trend-ə verilən məlumata görə, Abdulla Şaiq küçəsində, Təzəpir məscidinin yanında yaşayış evində yanğın olub.
Bakıda yaşayış binasında yanğın olub

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir K.Zərbalıyeva, İ. İsabalayeva/

Bakıda yaşayış evində yanğın olub.

Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsindən Trend-ə verilən məlumata görə, Abdulla Şaiq küçəsində, Təzəpir məscidinin yanında yaşayış evində yanğın olub.

Alov yanğısöndürənlər tərəfindən söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildirilib ki, yanğın A.Şaiq küçəsi, dalan 15, mənzil 58-dəki fərdi yaşayış evində baş verib. Yanğınla bağlı ev sahibi məlumat verib. Hadisə yerinə təcili yardım briqadası göndərilib. Ərazidə ətraf yollar bağlı olduğundan, həkim briqadası əraziyə piyada getmək məcburiyyətində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti