...

Türkiyədə narkotik qaçaqmalçılığına görə 24 mindən çox şəxs saxlanılıb

Hadisə Materials 10 Dekabr 2012 16:57 (UTC +04:00)
Türkiyədə səkkiz ay ərzində narkotik qaçaqmalçılığına görə 24 063 nəfər saxlanılıb.
Türkiyədə narkotik qaçaqmalçılığına görə 24 mindən çox şəxs saxlanılıb

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə səkkiz ay ərzində narkotik qaçaqmalçılığına görə 24 063 nəfər saxlanılıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Ümumilikdə, göstərilən dövrdə narkotik qaçaqmalçılığı ilə mübarizə üzrə 11 610 əməliyyat aparılıb.

8 ay ərzində 38,5 ton marixuana, 7,977 ton heroin, 259 kiloqram kokain, 124 kiloqram tiryək, 99 kiloqram amfetamin və 311 kiloqram metamfetamin aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti