Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda 10 nəfər dəm qazından və dərmandan zəhərlənib.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 20-də Sumqayıt şəhər sakini Firuzə Həsənova, Abşeron rayon sakinləri Fərid Orucov, Aynur Cəfərova və qohumu Aybəniz Cəfərova, Nigar Fərhadova, oğlu 6 yaşlı Nahid və qızı 1 yaşlı Tahirə, Qurban Əbdüləzimov və qohumu Araz Əbdüləzimov, Kəpəz rayon sakini Fərhad Nəsirov evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.