...

Bakı-Sumqayıt yolunda zəncirvari yol qəzası baş verib

Hadisə Materials 26 Dekabr 2012 10:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı-Sumqayıt yolunun Masazır qəsəbəsi ərazisindən keçən hissəsində zəncirvari yol qəzası baş verib.

Hadisə yerində olan şahidlərin Trend-ə verdiyi məlumata görə, səhər saatlarında baş verən qəzada 6 minik avtomobili bir-birinə dəyib. Qəza avtomobillərin hərəkətində müəyyən müddət problem yaradıb.

Qəza zamanı xəsarət alan və ölən olmayıb. Avtomobillərə az ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti