...

Şəkidə zəncirvari yol qəzası baş verib

Hadisə Materials 17 Yanvar 2013 01:26 (UTC +04:00)
Şəkidə zəncirvari yol qəza hadisəsi baş verib. Trend Kanal S-ə istinadən xəbər verir ki, qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Qəzaya səbəb kimi sürücülərin ehtiyatsızlığı göstərilir.
Şəkidə zəncirvari yol qəzası baş verib

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Şəkidə zəncirvari yol qəza hadisəsi baş verib. Trend Kanal S-ə istinadən xəbər verir ki, qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Qəzaya səbəb kimi sürücülərin ehtiyatsızlığı göstərilir.

Qəza zamanı Şəki şəhər sakinləri Məmmədov Füzuli Şamil oğlunun idarə etdiyi 10-LC-453 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil, Abdurrəhimov Nüsrət Ənvər oğlunun idarə etdiyi 55-BM-107 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobil, Ağasıyev Eldar Knyaz oğlunun idarə etdiyi 55-BC-457 dövlət nömrə nişanlı VAZ 21011 markalı avtomobil və Cabbarov Emin Nemət oğlunun idarə etdiyi 90-LM-962 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobilləri toqquşub. Qəza zamanı xəsarət alan olmasada avtomobillərin hər birinə ziyan dəyib.

Şəki şəhər polis şöbəsindən verilən məlumata görə qəzaya səbəbkar Ağasıyev Eldarla, Cabbarov Emin olub. Qəzanın ilkin ehtimal olaraq sürücülərin idarəetmə zamanı yan məsafənin saxlamaması olub. Faktla bağlı Şəki şəhər polis şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti