Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İ.İzzət/
Bakıda ARDNŞ-yə məxsus "Nissan" markalı avtomobil "Mercedes" markalı maşınla toqquşub.
Bakı Şəhər Baş Poils İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 21-i saat 13:15 radələrində Atatürk prospektində Bakı şəhər sakinləri Xətai Cəfərzadənin idarə etdiyi Dövlət Neft Şirkətinə məxsus "Nissan" markalı və Zair Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.
Nəticədə Cəfərzadənin sərnişini - oğlu Hüseyn hadisə yerində ölüb.