...

Xudatda 21 yaşlı gənc bıçaqlanıb

Hadisə Materials 25 Yanvar 2013 07:10 (UTC +04:00)
Xudatda 21 yaşlı gənc bıçaqlanıb.
Xudatda 21 yaşlı gənc bıçaqlanıb

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Trend Regional TV-yə istinadən xəbər verir ki, Xudatda bıçaqlanma faktı qeydə alınıb.

Belə ki, Xudat şəhər sakini 21 yaşlı Əliyarov Ruslan Ceyhun oğlu döş qəfəsindən bıçaq xəsarəti alıb. Xudat şəhər Təcili Tibbi Yardım Stansiyasından RTV-yə verilən məlumata görə, yaralının vəziyyəti ağırdır. O, Xaçmaz MRX-na gətirilib. Zərərçəkənin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti