Azərbaycan, Bakı, 26 yanvar /Trend/
İranda baş vermiş zəlzələ Azərbaycanda da hiss olunub. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Şənbə günü saat 20:17-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 26 yanvar 2013-cü il tarixində Bakı vaxtı ilə saat 19:10-da İran İslam Respublikasında zəlzələ qeydə alınmışdır.
Zəlzələ Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhəddə yerləşən rayonlarında 3 bala qədər hiss olunmuşdur. Azərbaycan ərazisində insan tələfatı və dağıntı haqqında məlumat daxil olmamışdır.
Azərbaycanın İranla sərhəd ərazilərində zəlzələ baş verib
İranda baş vermiş zəlzələ Azərbaycanda da hiss olunub. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
