...

"Binə" ticarət mərkəzində baş verən yanğın söndürülüb (FOTO)

Hadisə Materials 31 Yanvar 2013 09:35 (UTC +04:00)
"Binə" Ticarət Mərkəzində yanğın başlayıb. Bu barədə Trend-ə hadisə şahidləri məlumat veriblər.
"Binə" ticarət mərkəzində baş verən yanğın söndürülüb (FOTO)

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/

"Binə" Ticarət Mərkəzində yanğın başlayıb. Bu barədə Trend-ə hadisə şahidləri məlumat veriblər. Məlumata görə, yanğın səhər saat 07:30 radələrində baş verib.

Qaradağ rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, yanğın 6-cı sıra, I korpus 20 saylı mağazada başlayıb. 20 kv.m ərazi yanıb. Xəsarət alan yoxdur.

Əraziyə çoxlu sayda yanğınsöndürən və təcilli tibbi yardım maşını cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin Qaradağ Rayon Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, hadisə ilə bağlı onlara çağırış saat 08:16 radələrində daxil olub. Hadisə yerinə yanğınsöndürən maşınlar göndərilib.

Yanğın söndürülüb.

İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti