...

“Sədərək” ticarət mərkəzinin yaxınlığında ölüm hadisəsi baş verib

Hadisə Materials 31 Yanvar 2013 10:14 (UTC +04:00)
Faktla bağlı cinayət işi açılıb.
“Sədərək” ticarət mərkəzinin yaxınlığında ölüm hadisəsi baş verib

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/

Bakının Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzinin yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Qaradağ rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu gecə saat 1:30 radələrində "Mercedes-190" markalı, 10-SU-844 qeydiyyat nömrə nişanlı avtomobil "Sədərək" ticarət mərkəzinin yaxınlığındakı metal çəpərə çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü 1978-ci il təvəllüdlü Məmmədov İslam Rza oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti