...

Şəmkirdə yanğın zamanı 2 nəfər ölüb

Hadisə Materials 31 Yanvar 2013 10:30 (UTC +04:00)
Şəmkir rayonun Seyfəli kəndində yanğın baş verib, 2 nəfər ölüb, xəsarət alanlar var.
Şəmkirdə yanğın zamanı 2 nəfər ölüb

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/

Şəmkir rayonunun Seyfəli kəndində yanğın baş verib, 2 nəfər ölüb, xəsarət alanlar var.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Seyfəli kəndində (rayon mərkəzindən 35 km aralı) tikinti şirkətinə məxsus fəhlələr üçün nəzərdə tutulmuş ümumi sahəsi 300 kv.m olan tikilinin lambir və taxta konstruksiyalardan ibarət üzlüyü yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 2 meyit aşkar olunub. Hadisə zamanı daha 3 nəfər müxtəlif yanıq xəsarətləri alıb.

Yaralılar xəstəxanaya aparılıb. Yanğın saat 03:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti