...

Bakıda avtomobil qəzaya uğrayıb, ölən və yaralanan var

Hadisə Materials 10 Fevral 2013 15:22 (UTC +04:00)
Bakı şəhəri, Yasamal rayonunda "OPEL" markalı minik avtomobili yoldan çıxaraq yolun kənarındakı yol ayırıcısına çırpılıb.
Bakıda avtomobil qəzaya uğrayıb, ölən və yaralanan var

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir M.Əliyev/

Bakı şəhəri, Yasamal rayonunda "OPEL" markalı minik avtomobili yoldan çıxaraq yolun kənarındakı yol ayırıcısına çırpılıb.

Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir ki, hadisə nəticəsində minik avtomobilinin sürücüsü xəsartət almış, sərnişini 1966-cı il təvəllüdlü Qasımova Nəzirə Zakir qızı hadisə yerində ölmüşdür.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını, habelə Qasımovanın cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti