...

Bakıda axtarışda olan qatil yaxalandı

Hadisə Materials 13 Fevral 2013 12:39 (UTC +04:00)
Bak şəhər Baş Polis İdarəsindən Ternd-ə verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin və 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qurban Ələkbərov fevralın 12-də yaxalanıb.
Bakıda axtarışda olan qatil yaxalandı

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İzzət/

Sabunçu rayon Bakıxanov qəsəbəsində adam öldürərək qaçmış şəxs yaxalanıb.

Bak şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin və 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qurban Ələkbərov fevralın 12-də yaxalanıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120-ci maddəsi (Qəsdən adam öldürmə) ilə cinayət işi açılaraq barəsində axtarış elan olunmuşdu.

Qeyd edək ki, qəsəbə sakini Qurban Ələkbərov fevralın 9-u saat 19:00 radələrində Bakıxanov qəsəbəsi A.Pəri küçəsində mübahisə zəminində Qaraçuxur qəsəbə sakini Yusif Əliyevə ov tüfəngindən iki dəfə atəş açmaqla qətlə yetirərək hadisə yerindən qaçıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti