Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.İzzət/
DSX-nın sərhəd naryadı Xəzərin Neftçala sahillərində 2 nəfərin həyatını xilas edib.
Trend Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 14-də saat 10:30 radələrində DSX-nin Sahil Mühafizəsinin Neftçala rayonundakı Dalğa kəndinin ərazisində yerləşən sahil nəzarət məntəqəsinin xidməti sahəsində sərhəd naryadı sahildən 200 metr aralıda balıqçı qayığında 2 nəfərin dalğaya düşərək batmasını müşahidə edib.
Dənizdə batan balıqçılara kömək məqsədilə dərhal lazımi tədbirlər görülüb. Nəticədə balıqçılar - Neftçala rayon sakinləri Ayazov Tural Ələsgər oğlu və Ayazov Şəmsəddin Ələsgər oğlu xilas edilrək batmış qayıqla birlikdə sahilə çıxarılıblar.