...

Gəncədə 15 yaşlı qız özünü yandırıb

Hadisə Materials 8 Mart 2013 11:46 (UTC +04:00)
Gəncədə yeniyetmə qız torpaq mübahisəsi zəminində özünü yandırıb.
Gəncədə 15 yaşlı qız özünü yandırıb

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir İ.İzzət/

Gəncədə yeniyetmə qız torpaq mübahisəsi zəminində özünü yandırıb.

Gəncə şəhəri Nizami Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, martın 7-də Gəncə şəhərində anadan olmuş, 1998-ci il təvəlüdlü, Nizami rayonunun Gülüstan qəsəbəsi ərazisində, AKTA-nın 6 saylı yataqxanasında məskunlaşmış Kərimova Almaz Şamil qızı özünə od vuraraq yanıq xəsarətləri alıb.

Hadisə zamanı yeniyetmə qızın boyun nahiyəsi, eləcə də sağ və sol əli yanıb. Almaz Kərimova 3-cü dərəcəli termiki yanıq diaqnozu ilə Gəncə şəhər 3 saylı xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Hadisənin torpaq mübahisəsi zəminində baş verdiyi bildirilir. Anasının məsələnin araşdırılması üçün polis idarəsinə getməsinə etiraz əlaməti olaraq, 15 yaşlı qız üzərinə neft törərək özünü yandırmağa cəhd göstərib.

Qeyd edək ki, orta məktəbin 9-cu sinif şagirdi olan Almaz Kərimovanın ailəsi Kəlbəcər rayonundan olan məcburi köçkündür.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti