Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir İ.İzzət/
Lökbatan qəsəbəsində qətl törətmiş şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 7-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Aleksandr Kuznetsovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.
Araşdırmalar zamanı hadisəni münaqişə zəminində Kuznetsovun evində qonaq olmuş tanışı, şəhər sakini Andrey Bespalov tərəfindən törədilməsi müəyyən edilib.
Bespalov Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı cinayət işi açılıb.