Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İzzət/
Suraxanı rayonunda yeniyetmə qız dəm qazından zəhərlənərək ölüb.
Suraxanı Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, martın 10-u saat 15:00 radələrində 2001-ci il təvəllüdlü Ağadadaşlı Səfurə İskəndər qızının Yeni Suraxanı qəsəbəsi Tağıyev küçəsi 21 ünvanında yaşadığı evin hamam otağında meyiti tapılıb.
12 yaşlı qızın dəm qazından zəhərlənərək öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.