...

Yatmış uşaq hər kəsi həyəcanlandırıb

Hadisə Materials 11 Mart 2013 22:56 (UTC +04:00)
Yatmış uşaq hər kəsi həyəcanlandırıb. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər 2006-cı il təvəllüdlü azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.
Yatmış uşaq hər kəsi həyəcanlandırıb

Azərbaycan, Bakı, 11 mart /Trend/

Yatmış uşaq hər kəsi həyəcanlandırıb. FHN-nin rəsmi saytında verilən məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər 2006-cı il təvəllüdlü azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin azyaşlı giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək eyvandan daxil olublar.

Mənzilə baxış keçirilərkən azyaşlı yatmış vəziyyətdə aşkar edilib və valideyinlərinə təhvil verilib.

Əməliyyat saat 21:10-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti