...

Şamaxıda zəlzələ baş verib

Hadisə Materials 15 Mart 2013 09:37 (UTC +04:00)
Şamaxıda 3,0 bal gücündə zəlzələ baş verib,dağıntı yoxdur.
Şamaxıda zəlzələ baş verib

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İzzət/

Şamaxıda 3,0 bal gücündə zəlzələ baş verib, dağıntı yoxdur.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, martın 15-də saat 01:33 raadələrində Şamaxı rayonunda, Pirqulu qəsəbəsindən 16 km şimal-qərbdə, 6 km dərinlikdə zəlzələ qeydə alınıb.

Zəlzələnin gücü episentrdə 3,0 bal təşkil edib. Pirquluda zəlzələ 3,0 bala qədər hiss olunub.

İlkin məlumatlara əsasən, tikililərdə dağıntı olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti