...

Əfqanıstanda helikopter partlayıb, bir nəfər ölüb, 1 əsgər isə yaralanıb

Hadisə Materials 17 Mart 2013 06:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend/

Əfqanıstanda, Qəndəhərdən şərqdə helikopter partlayıb. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, nəticədə bir nəfər ölüb, 1 əsgər isə yaralanıb.

Məlumatda bildirilir ki, helikopterin düşdüyü ərazidə terrorçuların aktivliyi müşahidə olunmayıb.

Qəzanın səbəbləri hələ də bəlli deyil.

Zərərçəkənlərin milliyəti və helikopterin tipi müəyyənləşdirilməyib.

Qeyd edək ki, bu, Əfqanıstanda baş vermiş ikinci avia qəzadır.

Xatırladaq ki, martın 11-də Qəndəhərdə baş vermiş avia qəzada 5 ABŞ əsgəri həlak olmuşdu.

Xəbər lenti

Xəbər lenti