Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/
Tovuzda valyutadəyişmə məntəqəsinin işçisi öldürülüb.
Trend-in məlumatına görə, bu gün səhər saat 09:30 radələrində Tovuz şəhərinin mərkəzi bazarında fəaliyyət göstərən valyutadəyişmə məntəqəsinin işçisi 1963-cü il təvəllüdlü Sahib Cəfərovu Tovuz şəhər qəbiristanlığının yaxınlığında avtomobilində gülləyiblər.
Güllələyən şəxsin maskalı olduğu bildirilir. İlkin ehtimala görə, naməlum qatil avtomobildən 50 min manat məbləğində pul aparıb.