Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İzzət/
Sumqayıt şəhəri ərazisində qanunsuz kazino-qumarxananın fəaliyyət göstərməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt şəhərinin 10-cu mikrorayonu ərazisində şəhər sakini Faiq Əzizovun və Beyləqan rayon sakini Nicat Quliyevin qanunsuz kazino-qumarxana təşkil etmələri müəyyən edilib.
Qumarxanaya baxış zamanı onlayn kazino təşkili üçün 18 ədəd kompüter dəsti, 1 ədəd server-noutbuk, 1 ədəd modem və digər maddi subutlar aşkar edilərək götürülüb.