Azərbaycan, Bakı, 31 mart /Trend/
Şimali İrlandiyada terror aktı baş verib, xəsarət alan yoxdur. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, terrorda zəif təsirli partlayıcı vasitədən istifadə edilib.
Partlayış Belfastdan 30 kilometr cənub-qərbdə yerləşən Lurqan şəhərində baş verib.
İrlandiyanın təhsil naziri Con O'Dovda bildirib ki, partlayıcı zibil qutusunda yerləşdirilib.
Daxili işlər nazirinin müavini Martin Makqinness isə hadisəni "sülh şəraitində yaşamaq istəməyən ekstremistlərin" fəaliyyəti kimi qiymətləndirib.