...

Abşeronda kazino aşkar edilib

Hadisə Materials 12 Aprel 2013 13:40 (UTC +04:00)
Xırdalan şəhərinin ərazisindəki "Stara Praqa" kafesində kazino-qumarxana təşkil edildiyi müəyyən edilib.
Abşeronda kazino aşkar edilib

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İzzət/

Xırdalan şəhərinin ərazisindəki "Stara Praqa" kafesində kazino-qumarxana təşkil edildiyi müəyyən edilib.

Trend DİN-in yaydığı rəsmi məlumatına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhərinin ərazisində şəhər sakini Məhərrəm Aliyarovun icarəyə götürdüyü "Stara Praqa" kafesində kazino-qumarxana təşkil etdiyi müəyyən edilib.

Kafeyə baxış zamanı kazino təşkili üçün 11 ədəd kompyuter dəsti, 1 ədəd server-prosessor, 1 ədəd modem, uduşa qoyulmuş pul və digər əşyalar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti