...

Sumqayıtda arvad qatili tutuldu

Hadisə Materials 17 Aprel 2013 14:45 (UTC +04:00)
Qısqanclıq zəminində arvadını qətlə yetirmiş Sumqayıt şəhər sakini tutulub.
Sumqayıtda arvad qatili tutuldu

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/

Qısqanclıq zəminində arvadını qətlə yetirmiş Sumqayıt şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 17-də Sumqayıt şəhərində yaşayan Elman Hüseynov qısqanclıq zəminində arvadı Tamellanı bıçaqla qətlə yetirib.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elman Hüseynov tutulub.

İlkin yoxlama Sumqayıt şəhər Prokurorluğu tərəfindən aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti