Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İzzət/
Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, aprelin 19-da saat 19.00 radələrində Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində qəsəbə sakini Asif Seyfullayev idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla Mirqurbanlı qəsəbə sakinləri Zakir Məhərrəmovu və Musa Qasımovu vurub.
Nəticədə Məhərrəmov və Qasımov hadisə yerində ölüblər.
Faktla Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, aprelin 19-da respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 10 nəfər yaralanıb.