...

Yevlaxda ağır yol qəzası: 2 nəfər ölüb

Hadisə Materials 6 May 2013 02:27 (UTC +04:00)
Yevlaxda ağır yol qəzası baş verib. Bu haqda Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.
Yevlaxda ağır yol qəzası: 2 nəfər ölüb

Azərbaycan, Bakı, 6 may /Trend/

Yevlaxda ağır yol qəzası baş verib. Bu haqda Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.

Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonu ərazisində "VAZ" markalı minik avtomobili ilə "SHAQMAN" markalı yük avtomobili toqquşub.

Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, hadisə zamanı "VAZ" markalı minik avtomobilinin sürücüsü və 1 nəfər sərnişin həlak olub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bədəndən ayrılmış baş nahiyəsini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:37-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti